Azərbaycan Respublikası Milli Məclisinin depuptatı Ziyafət Əsgərov 1 saylı Şərur-Sədərək dairəsi üzrə vətəndaş qəbulu keçirib.
“İki sahil”in məlumatına görə, oktyabrın 26-da YAP-ın Şərur rayon təşkilatının inzibati binasında təşkil olunan qəbulda sakinlərlə yanaşı Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Süleymanov və YAP-ın Şərur rayon təşkilatının sədri Əmir Babayev də iştirak edib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olunan müraciətlər həll olunması üçün nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat, əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sel və daşqın risklərinə qarşı müdafiə sistemi gücləndirilir - Prezidentdən əhalinin təhlükəsizliyinə yönəlmiş mühüm Sərəncam
Yeni rəqəmsal arxitekturanın formalaşması süni intellekt əsaslı idarəetmə sistemlərini daha da inkişaf etdirəcək - Professor Qorxmaz İmanov