Ankaradakı “ATO Congresium Mərkəzi”ndə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Əhməd Cavad İnstitutu tərəfindən birgə təşkil olunacaq.
Tədbir çərçivəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestrinin və Türkiyənin Prezident Simfonik Orkestrinin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə xor kollektivinin ifasında populyar əsərlər səsləndiriləcək.
“ATO Congresium”un səhnəsində Türk dövlətlərinin tanınmış mədəniyyət xadimləri, o cümlədən Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artist Xəyyam Məmmədov (kamança) və Xalq artisti Əlixan Səmədov (balaban) da çıxış edəcəklər.
Tədbir çərçivəsində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinə həsr olunmuş sərginin açılışı planlaşdırılıb.