Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.
“Sizə səmimiyyətlə deməliyəm ki, biz bir az daha çox gözləyirdik. Bu təbiidir”, - deyə Mamuka Mdinaradze bildirib.