Amerikalı iş adamı İlon Mask ABŞ-ın Ukraynada hərbi xidmətə çağırış yaşını aşağı salmaq çağırışlarını pisləyib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, X sosial şəbəkəsində hərbi xidmətə çağırış yaşının 25-dən 18-ə endirilməsini təklif edən yazının altında “Daha neçə nəfər ölməlidir” yazıb.
Daha əvvəl “Reuters” xəbər vermişdi ki, ABŞ Ukraynada hərbi xidmətə çağırış yaşını 18 yaşa endirməkdə israrlıdır.
Associated Press yazıb ki, ABŞ prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Ukrayna səfərbərlik yaşını 18 yaşa endirərək, mümkün qədər tez cəbhə xəttinə 160 mindən çox yeni əsgər göndərməlidir.