26 oktyabr 2024 21:52
220

Ərdoğan: Fəlakət zonasının bütün sakinləri mənzillə təmin ediləcək

“Türkiyədə təbii fəlakət zonasının bir sakini də evsiz qalmayacaq”.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən zərər çəkmiş Hatay vilayətinin daha bir qrup sakininə mənzillərin verilməsi ilə bağlı mərasimdə bildirib.

Prezident xatırladıb ki, dağıdıcı zəlzələdən 3 ay sonra Türkiyədə 180 min obyektin tikintisinə başlanılıb. “Ölkəmizin vilayətləri dünyanın ən böyük tikinti meydançasına çevrilib və bu gün burada 160 min nəfərin çalışdığı 1900 tikinti sahəsində işlər davam etdirilir”, - deyə o, qeyd edib.

Türkiyə liderinin sözlərinə görə, 2025-ci ilin sonuna kimi ötənilki təbii fəlakətdən zərər çəkmiş 11 vilayətdə ümumilikdə 452 min 958 yaşayış, ticarət və biznes obyekti istifadəyə veriləcək. “Biz fəxr edirik ki, Türkiyədə zəlzələ bölgəsində artıq 130 min ev tikilib”, - deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, bu ilin sonuna qədər Türkiyədə 201 min 688 nəfər mənzil və ticarət obyektlərinin açarlarını təhvil alacaq.