Gürcüstanın hakim partiyası 56,1 % səslə parlament seçkilərində qalib gəlib.
“İki sahil” xəbər verir ki, bu, "İmedi" televiziya kanalının sifarişi əsasında GORBI şirkətinin keçirdiyi çıxış sorğusunun nəticələridir.
Sorğunun digər nəticələri belədir: "Dəyişiklik Koalisiyası” – 12,6%, “Milli Hərəkat – Vahidlik” – 11,6%, “Güclü Gürcüstan” – 7%.
Çıxış sorğuları – məntəqədən çıxan seçicilərin rəy sorğusuna əsaslanır, onların hüquqi qüvvəsi yoxdur.