26 oktyabr 2024 18:41
243

Qətər İsrailin İrana hücumundan narahatdır

Qətər hakimiyyəti İsrailin İrana zərbələrini pisləyib və bu hücumun mümkün nəticələrindən narahatlığını bildirib.

“İki sahil”in məlumatına görə, bu barədə əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qətər Dövləti İsrailin İran İslam Respublikasına hücumunu qəti şəkildə pisləyir və bunu İranın suverenliyinin, eləcə də beynəlxalq hüququn açıq və kobud şəkildə pozulması hesab edir”, deyə XİN-in bəyanatında bildirilib.

Qətər rəhbərliyi bu gərginliyin yarada biləcəyi ciddi nəticələrdən narahat olduğunu bildirib və bütün tərəfləri təmkinli olmağa çağırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”