2060-cı ilə qədər Polşa əhalisi 7 milyon nəfər azalacaq.
“İki sahil”in məlumatına görə, bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri və Polşa Kəndli Partiyasının sədri Vladislav Kosiniyak-Kamış deyib.
“Polşa ölür və bu, böyük problemdir, əgər demoqrafik statistikaya baxsanız, 2060-cı ildə biz 40 milyon vətəndaşın və uşaqlarımızın yaşayacağı bir dövlət haqqında xəyal etdiyimizdən demək olar ki, 7 milyon az olacağıq, 30 milyon polyakın olacağı bir dövlətdə yaşayacaqdı”, - deyə Kosiniyak-Kamış rəhbərlik etdiyi partiyanın ümumi şurasında bildirib.
Respublika Baş Statistika İdarəsinin məlumatına görə, ölkədə yeni doğulan uşaqların sayı ildən-ilə azalır. 1998-ci ildən bəri doğulanların sayı ildə 400 mini keçməyib və durmadan azalır. Belə ki, 2022-ci ildə Polşada 305 min, 2023-cü ildə isə 272 min uşaq doğulub ki, bu da II Dünya Müharibəsindən sonrakı bütün dövr üçün ən aşağı göstəricidir.
2023-cü ilin sonuna Polşanın əhalisi 37 milyon 637 min nəfər təşkil edib, təbii azalma ildə təxminən 130 min nəfərə çatıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”