İsrail Tehran neft emalı zavoduna (NEZ) hücum etməyib, müəssisə adi qaydada işləyir.
“İki sahil” İran mətbuatına istinadən xəbər verir ki, bunu NEZ-in rəsmi nümayəndəsi Şaker Hafai bildirib.
"Biz səhər saatlarında Tehran neft emalı zavodunun İsrail rejiminin hücumuna məruz qalması ilə bağlı yayılan xəbərləri təkzib edirik. Hazırda Tehran NEZ adi qaydada işləyir", - o qeyd edib.