28 noyabr 2024 19:59
88

Mirzoyan Finlandiya XİN rəhbəri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Helsinkidə finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumatda bildirilib ki, Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması kontekstində Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb, həmçinin regional kommunikasiyaların açılmasına dair Ermənistanın baxışını təqdim edib.

Ermənistan və Finlandiyanın xarici işlər nazirləri regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.