Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət nümayəndələrini ölkədə keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyə çağırıb.
“İki sahil” xəbər verir ki, “Mən müxalifəti Mərkəzi Seçki Komissiyasının açıqlayacağı seçkilərin nəticələri ilə barışmağa və qəbul etməyə çağırıram”, - deyən Kobaxidze jurnalistlərə bildirib ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası əhalinin 60 faizinin dəstəyinə malikdir.
Şənbə günü səhər saatlarında Kobaxidze Tbilisidəki seçki məntəqəsində səs verib: “Biz özümüzə bir daha xatırlatmalıyıq ki, bu seçkilər referendumla müəyyən edilən ən fundamental, həlledici seçkilərdir”.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Onlarda 18 partiya, o cümlədən 12 ildir hakimiyyətdə olan hakim Gürcü Arzusu - Demokratik Gürcüstan iştirak edir. Parlamentə daxil olmaq üçün partiyalar beş faizlik baryeri keçməlidir. Bütün deputatlar proporsional sistemlə seçiləcək. Gürcüstanda və xaricdə 3,1 mindən çox seçki məntəqəsi açılıb. Təxminən 3,5 milyon Gürcüstan vətəndaşının səsvermə hüququ var. Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”