“İsrailin İran rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq, Tehran, Xuzistan və İlam əyalətlərindəki hərbi məntəqələrə hücum edib.
“İki sahil” xəbər verir ki, bu fikirlər İranın Hava Hücumundan Müdafiə Qərargahının yaydığı məlumatda eyd edilib.
Hücumlara hava hücumundan müdafiə sistemləri tərəfindən müvəffəqiyyətlə müqavimət göstərildiyi, lakin bəzi nöqtələrdə məhdud ziyanın meydana gəldiyi və hadisənin miqyasının araşdırıldığı açıqlanıb.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlamışdı.
İran mediası İsrailin gecə saatlarında Tehranın qərb və cənub-qərbindəki bəzi hərbi bazaları hədəf aldığını və hava hücumundan müdafiə sistemlərinin buna cavab verdiyini açıqlayıb. İsrail ordusu da İrandakı hərbi hədəflərə hücum təşkil etdiyini açıqlayıb.
Hücumlardan bir neçə saat sonra Tehranda yenidən güclü partlayış səsləri eşidilib. İran dövlət televiziyası səslərin Tehranın şərqindən gəldiyini və İsrailin hücumuna qarşı hava hücumundan müdafiə sistemlərindən atılan raketlərdən qaynaqlandığını bildirib.
Hücumlardan sonra İran növbəti xəbərdarlığa qədər hava məkanını bağladığını açıqlayıb.
İran Təcili Yardım Mərkəzi qeyd edib ki, hücumlarda xəsarət alanlar barədə məlumat yoxdur.
İsrail ordusu İrana qarşı hücumunun başa çatdığını açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”