Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işlərini yekunlaşdırıb.
“İki sahil” bu barədə AAYDA-ya istinadən xəbər verir.
Məlumata görə, təmir işləri küçənin “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində icra olunub:
"Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb".
Bildirilib ki, sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir