Dünən Sabunçu rayonunda evlərin birində meyiti tapılan İlqar Mehdiyevin və həyat yoldaşı Failanın intihar etmələri iddia olunur.
“İki sahil” APA TV-yə istinadla xəbər verir ki, bu iddia ilə onların qonşuları çıxış edib.
Bildirilib ki, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yaşayan cütlük hamam otağında su qızdırıcısını açıq qoyaraq intihar edib. Belə ki, dörd gün öncə ailənin yeganə övladı vəfat edib. Onların övlad itkisinə dözməyərək bu addımı atdığı iddia olunur.
Daha ətraflı sujetdə: