Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsini (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinə qədər) təmir edib.
“İki sahil” bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.
Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir