21 oktyabr 2024 12:10
244

Abadlaşan Qubadlı

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Daglıq ərazidir. Qərbdə Ermənistan Respublikası ilə şimalda Laçın və Xocavənd rayonları ilə həmsərhəddir.

80-ci illərin sonundan başlanan erməni təcavüzü 1993-cü ilin avqustun 31-də rayonun işgalı nəticələndi.Qubadlı şəhəri və ray onun 94 kəndi erməni qüvvələrinin nəzarətinə keçdi.  İşgala qədər Qubadlının iqtisadiyyatının əsasını heyvandarlıq, tütünçülük, baramaçılıq, üzümçülük təşkil edirdi. Rayonda 61 ümumtəhsil məktəbi, 180-ə qədər mədəni-maarif müəssisəsi, 84 kitabxana, 12 mədəniyyət evi,  44 klub, 7 avtoklub fəaliyyət göstərib.

Erməni işgalçıları tərəfindən Qubadlı rayonunun 1.5 milyard ABŞ dolları dəyərində şəxsi və ictimai mülkiyyəti talan və məhv edilib.

Ölkəmizin müxtəlif bölgələrində yerləşən Qudalılar topqalarının işgaldan olunacağı günü səbrsizliklə gözləyiblər. 2020-ci il sentyabrin 27-də düşmən təxribatına cavab verən Azərbaycan Silahlı Qüvvələri əks-hücüm əməliyyatlari ilə 44 günə torpaqlarımızı düşmən işğalından azad etdi.  Azərbaycan Ordusunun uğurlu hərbi həmlələri  nəticəsində oktyabrın 25-də Qubadlı şəhərinin  və Qubadlı  rayonunun bir neçə kəndininin azad edilməsi Laçın- Şuşa  istiqamətində əməliyyatlar aparmaq üçün möhtəşəm imkan yaratdı. Laçın dəhlizi ordumuzun nəzarəti altına keçdi. Düşmən silahlı qüvvələrinin Qarabag daxilində manevr etmək, sursat daşımaq imkanı tam məhdudlaşdırıldı.

Möhtəşəm qələbədən sonra işgaldan azad olunmuş Qubadlıda quruculuq işlərinə start verilib. Ərazi minalardan təmizləndikcə elektrik xətlərinin, yolların çəkilişinə başlanılıb.  Yeni Xudafərin-Qubadlı-Laçın  və Xanlıq-Qubadlı avtomobil yolları  Zəngilan Qubadlı və Laçın rayonlarının ərazisindən keçir.Bu da rayonun daha sürətli inkişafına şərait yaradr. Yaxın 20 il ərzində Qubadlıda bitkiçilik, ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, yüngül sənaye ,təbiət əsaslı aqroturzm və digər sahələrin inkişafı planlaşdırılır.

Rayonun Hacılı kəndində mişar daşı, Əlquluuşagı, Qundanlı, Muradxanlı, Başarat kəndlərində mərmərləşmiş əhəngdaşı, Mollabürhan kəndinin cənubunda tuf daşı yataqları mövcuddur.Bu da Qubadlıda tikinti və yenidənqurma işlərinin inkişafına öz müsbət təsirini göstərir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı təməlqoyma mərasimləri ilə yadda qalır.  Qubadlıda böyük quruculuq işləri sürətlə aparılır. Keçmiş məcburi köçkünlərin dogma yurd-yuvalarına qayidacağı günlər uzaqda deyil.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərancamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd olunur.Hər bir azərbaycanlı bu günü böyük sevinc və qürur hissi ilə qeyd edir.

Yaşasın Ali Baş Komandan İlham Əliyev!

Var olsun rəşadətli Azərbaycan Ordusu!

Aytac Axundova, 
YAP Xətai rayon təşkilatının "Məshəti 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü