15 oktyabr 2024 00:13
332

COP29-un bədxahları...

Onlar cinayətkar erməni separatçılarını cəzadan xilas etməyə çalışırlar

Ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsi ilə fərqlənir. Bu cür irimiqyaslı beynəlxalq tədbirləri təşkil edib keçirməyə hər dövlətin gücü çatmaz. Artıq çoxdan məlumdur ki, 11-22 noyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı, daha çox COP29 kimi tanınan tədbir keçiriləcək. Ətraf mühitin qorunması sahəsində dünyanın ən böyük və əhəmiyyətli tədbiri olaraq bu konfrans Bakıda on minlərlə qonağı bir araya gətirəcək. Qonaqlar arasında dövlət və hökumət başçıları, nazirlər və müxtəlif səviyyələrdən olan ekspertlər, dövlət qurumlarının nümayəndələri olacaqlar.

Bu cür miqyaslı tədbirlərin keçirilməsi ev sahibi ölkə üçün təkcə qürur mənbəyi deyil, həm də təşkilati və intellektual resursların səfərbər edilməsini tələb edən böyük bir çağırışdır. Bununla belə, konfransın keçirilməsi ilə bağlı bütün məsələləri həll edərkən Azərbaycan siyasi xarakterli əlavə çağırışla üzləşdi. Bu ilin yayından başlayaraq ölkəmizə qarşı qara piar kampaniyası başlayıb. Düşmənlərimiz öz fəaliyyətlərini bir sıra metodlarla həyata keçirirlər. Lakin Azərbaycanın bədxahları öz iyrənc təbliğatları üçün mərkəzi platforma olaraq "X" sosial şəbəkəsini seçiblər.  Bu şəbəkədə kampaniya bu ilin iyun ayında başlayıb və onun erməni mənşəli, yaxud erməni mövqeyində duran şəxslər tərəfindən aparıldığını görmək çətin deyil. Onlar sistemli şəkildə dünya ictimaiyyətini siyasi səbəblərdən COP29-u boykot etməyə çağırırlar. Kampaniyanın əsas məqsədləri ölkəmizin nüfuzuna xələl gətirmək, COP29-un Bakıda keçirilməsinin qarşısını almaq, konfransdan Azərbaycana siyasi təzyiq vasitəsi kimi istifadə etmək, xüsusilə də istintaq altında olan erməni hərbi cinayətkarların azad edilməsinə nail olmaqdır.

Xatırlatmaq lazımdır ki, haqqında danışılan şəxslər 1992-2020-ci illərdə Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistan quldur birləşmələrinin Qarabağ bölgəsində törətdikləri bir sıra hərbi cinayətlərdə ittiham olunurlar. Təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və ya başlanması, silahlı münaqişələr zamanı beynəlxalq humanitar və hüquq normalarının kobudcasına pozulması, silahlı münaqişə zamanı hərəkətsizlik və ya cinayətkar əmrlərin verilməsi, terrorizmin maliyyələşdirilməsi, terrorçuluq məqsədilə hərbi və kəşfiyyat təlimlərinin keçirilməsi, qəsdən adamöldürmə, kütləvi qətllər, cinayətkar birliyin-cinayətkar təşkilatın təşkili, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılması. Bütün bunları törədən cinayətkar rəhbərlər Birinci və İkinci Qarabağ müharibələrində azərbaycanlıların kütləvi qətlinə, 700 mindən çox insanın doğma yurdundan məcburi köçkün düşmələrinə, şəhər və kəndlərimizin qarət edilməsinə, qağıdılıb yandırılmasına hərbi və mülki əsirlərin dəhşətli işgəncələrə məruz qoyulmasına və digər ağır cinayətlərin törədilməsinə əmr veriblər.

Həmin bu şəxslərin əmri ilə hərbi əməliyyatların keçirildiyi ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket atəşləri ilə dağıtmış, aralarında uşaqların və qadınların da olduğu mülki insanların ölümünə bais olmuşlar. Gəncəyə, Tərtərə, Ağcabədiyə, Mingəçevirə, Bərdəyə, Yevlağa, Goranboya raketlərin atılması müharibə qaydalarına zidd olsa da bu gün Bakıda həbsdə olanlar bunu bilərəkdən etmişlər. Təkcə Tərtər şəhərinə 16 mindən artıq raket atılıb. Bakıda həbsdə olan müharibə caniləri bu cinayətlərdə ya birbaşa, ya da dolayısı ilə iştirak ediblər. Ancaq onlarla birgə Seyran Ohanyan, Robert Koçaryan, Serjik Sarkisyan və başqaları da cinayətlərin törədilməsində birbaşa iştirakçılardır  Onlar iki xalqın arasında  düşmənçiliyin daha da dərinləşdirilməsində xüsusi “xidmətlər” göstəriblər. Bunun nəticəsidir ki, erməni quldur dəstələri tərəfindən əsir tutulmuş 4 min azərbaycanlının taleyi bu gün də məlum deyil. Ancaq Ermənistan rəhbərliyi soydaşlarımız barədə heç bir məlumat vermir.

Təəssüf ki, Ermənilərin törətdikləri bu cinayətlərdən sonra Qarabağdakı separatçıları müdafiə edənlər var. Onlar Bakıda keçiriləcək COP29 tədbirləri ərəfəsində dövlətimizə təzyiq göstərərək həmin cinayətkarın həbsdən azad edilməsinə çalışırlar. Bu qara piarın müəllifi isə ABŞ-dakı ermənipərəst qüvvələrdir. İşğalçı Ermənistana 30 ildən artıq maliyyə dəstəyi göstərən bu dövlətin bəzi senator və konqresmenləri bir neçə gün əvvəl rəsmi Bakıdan həbsdə saxlanan hərbi canilərin azadlığa buraxılmasını tələb ediblər. Lakin dövlətimizin rəhbəri dəfələrlə bildirib ki, minlərlə vətəndaşımızın qanını axıdan, şəhər və kəndləri dağıdıb xarabazara çevirənlər öz cəzalarını alacaqlar.

Bəs bu qədər təzyiqlərə baxmayaraq erməni separatçı dəstənin üzvlərinin cəzalandırılması bizə nə üçün lazımdır? Əlbəttə ki, ilk növbədə ədalətin bərpası üçün. İkincisi, erməni lobbisinə bağlı həmin dairələrə və paytaxtlara, bütövlükdə erməni separatizminə təsirli dərs vermək üçün. Yəni, yadda saxlasınlar ki, nə vaxtsa baş qaldırsalar eyni aqibəti yaşayacaqlar. Üçüncüsü, Azərbaycan dövlətinin gücünü göstərmək, bölgədə onunla hesablaşmağın alternativi qalmadığını  özündənrazı Qərbin nəzərinə çatdırmaq üçün. Başqa səbəblər də var...

Xatırlatmaq yerinə düşər ki, Avropa Parlamentinin son bir ildə qəbul etdiyi anti-Azərbaycan qətnaməsində Bakıda həbsdə saxlanan erməni cinayətkarlar həyasızcasına hətta siyasi məhbus kimi qələmə verilir və onlara azadlıq tələb olunur. Vallah, belə bir qələti heç Ermənistan parlamenti də etməyib. Əksinə, baş nazir Nikol Paşinyan az əvvəl dolyası ilə sepatçıların rəhbərlərindən biri olmuş Ruben Vardanyanın həbsinə haqq qazandırmışdı.

Dediyimiz kimi,  Qərbin mühüm siyasi strukturlarından olan Avroparlament Ermənistan parlamentindən də artıq ermənilik edərək dağıdıcı separatizmi xilas etməyə və ona impuls verməyə çalışır. Çünki az qala məktəbli şagird də başa düşür ki, separatçı baş kəsənlər cəza almadan, islah olunmadan, uzun müddət həbsdə yatmadan azadlığa çıxarlarsa, dərhal köhnə çirkin əməllərinə davam edəcəklər. Axı, bunlar normal insanlar deyillər, haydırlar...

Vəli İlyasov, “İki sahil”