Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
“İki sahil” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,33 dollar və ya 4,02 faiz azalaraq 79,58 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir
Ləğv prosesində olan 19 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb