07 oktyabr 2024 10:33
459

Əhalinin 71,12 %-i Qazaxıstanda AES-in tikintisini dəstəkləyib

Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı layihənin lehinə səs verən ölkə vətəndaşlarının sayı 5 milyon 561 min 937 nəfər (71,12 %) təşkil edib.

"İki sahil” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyası məlumat yayıb.

Referendumda iştirak etmək hüququ olan vətəndaşların 63,66 %-i və ya 7 milyon 820 min 204 nəfər səsvermədə iştirak edib.