Azərbaycanda "yaşıl maliyyə" və dayanıqlı inkişaf forumu təşkil ediləcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.
"Forumda "yaşıl maliyyə" üçün siyasət və tənzimləyici çərçivələr, dayanıqlı maliyyə alətləri və sair mövzular əhatə ediləcək. Tədbirin təşkil olunması Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan Mərkəzi Bankı və digər maliyyə institutlarının iştirakı ilə bu ayın sonunda planlaşdırılır", - deyə o qeyd edib.