21 sentyabr 2024 19:35
88

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Yevlax şəhər ərazisində rayon sakini, 1985-ci il təvəllüdlü Elvin İbrahimovun avtomobillə qəsdən vurularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki,  polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü rayon sakini Zamin Cavadov saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.