Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən “NATO günləri” tədbiri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi, polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edəcək.
Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit və kursant heyəti üçün “NATO bu gün (strukturu və vəzifələri)”, “Azərbaycan-NATO əməkdaşlığı”, “NATO-nun arzu etdiyi strateji təsir”, “NATO-nun mövcud Dəniz Qüvvələri”, “NATO Varşava Sammitindən sonra, NATO-nun Tərəfdaşlıq Siyasəti və Cənubi Qafqaz”, “Qlobal kiber-inkişaf və NATO-nun cavabı” mövzularında mühazirələr oxunacaq.
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” noyabrın 25-dək davam edəcək.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub