20 sentyabr 2024 11:01
72

Livanla sərhəddə iki İsrail hərbçisi həlak olub

Livanla sərhəddə “Hizbullah” hərəkatının hücumları nəticəsində iki İsrail hərbçisi həlak olub, 9 əsgər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Hizbullah” tərəfindən buraxılan partlayıcı yüklü pilotsuz uçuş aparatının Qərbi Qalileyə zərbə endirməsi 43 yaşlı mayorun həlak olması, bir əsgərin yaralanması ilə nəticələnib. Livan ərazisindən tank əleyhinə raketlərlə ordu mövqelərinin vurulması nəticəsində isə 20 yaşlı çavuş ölüb, daha 8 əsgər yaralanıb.

Beləliklə, Yaxın Şərqdə qarşıdurmanın yeni mərhələsinin başlanğıcından bəri həlak olan İsrail hərbçilərinin sayı 715 nəfərə, yaralanan əsgərlərin sayı isə 4400-ə çatıb.