20 sentyabr 2024 10:25
71

İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin informasiya mənbələri məlumat yayıb.

“Al Jazeera” telekanalının məlumatına əsasən, Dəməşqdə beynəlxalq hava limanı yaxınlığına endirilən aviazərbələr nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.