20 sentyabr 2024 08:58
73

Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb

Myanmada "Yagi" qasırğasının səbəb olduğu daşqınlar nəticəsində azı 293 nəfər ölüb, daha 89 insan itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumata görə, daşqınlar ölkənin bütün bölgələrində və ştatlarında onlarla şəhərə ziyan vurub. Daşqınlar nəticəsində 310 min hektardan çox əkin sahəsi su altında qalıb, 129 150 baş mal-qara tələf olub.

Ölkənin hakimiyyət orqanları və xilasetmə təşkilatları daşqın qurbanlarına tibbi yardım göstərmək, ərzaq və digər zəruri əşyaları çatdırmaq üçün yerli sakinlərlə işləyir.