20 sentyabr 2024 08:42
73

KİV: ABŞ Filippində yerləşdirdiyi “Typhon” raket sistemlərini çıxarmaq niyyətində deyil

ABŞ Filippində yerləşdirdiyi “Typhon” raket sistemlərini çıxarmaq niyyətində deyil.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bu ilin aprelində birgə təlimlər üçün Filippinə gətirilmiş, “SM-6” və “Tomahawks” raketləri ilə təchiz olunmuş “Typhon” sistemi 1600 kilometr məsafədə hədəfləri vurmaq imkanına malikdir. Çin və Rusiya raket sisteminin Hind-Sakit okean regionunda yerləşdirilməsinə etiraz edib və Vaşinqtonu silah yarışını qızışdırmaqda ittiham edib.

“Typhon” raket sistemlərinin Filippində yerləşdirilməsi Manila ilə Pekin arasında Cənubi Çin dənizindəki mübahisələrin alovlanması dövrünə təsadüf edib.