16 sentyabr 2024 11:22
126

Geomaqnit qasırğası gözlənilir

13-14 sentyabrda baş vermiş TKA və müsbət qütblü Yüksəksürətli Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və növbəti günlərdə G1(zəif) - G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.