20 sentyabr 2024 14:27
75

Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov dəfn edilib.

“İki sahil” xəbər verir ki, şəhidin nəşi Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.