12 sentyabr 2024 21:04
219

Bakıda qəza səbəbindən sıxlıq yaranıb

Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən Musabəyov parkı istiqamətində sıxlıq yaranıb.

Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə işıqforlara "yaşıl dalğa" rejimi tətbiq edilib.