11 sentyabr 2024 14:43
216

Dəmiryol Muzeyinin ziyarətçilərini qəbul etməyə başlayacağı vaxt məlum olub

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyi oktyabr ayında ziyarətçiləri yenidən qəbul edəcək.

Bu barədə "İki sahil"ə ADY-dən məlumat verilib.

Qeyd edək ki, Cəfər Cabbarlı meydanında yeni nəqliyyat mübadilə mərkəzinin tikintisi ilə əlaqədar muzeyin fəaliyyəti müvəqqəti dayandırlmışdı.