21 sentyabr 2024 16:23
90

Antiterror tədbirləri zaman şəhid olan hərbçilərin xatirəsi anılıb

Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında keçirilən lokal xatarkterli antiterror tədbirləri zamanı şəhid olan hərbçilər Əliyev Orxan Eldar oğlu və Ələkbərov Ramal Elnur oğlunun xatirələri yad edilib.

“İki sahil” xəbər verir ki,  Gəncə şəhərinin Şəhidlər xiyabanında keçirilən ildönümü mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, I və II Qarabağ müharibəsinin iştirakçıları və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundan canlarını fəda edən şəhidlərimizin xatirəsi daim əziz tutulur. Dövlətimiz tərəfindən şəhid ailələri, müharibə əlilləri, iştirakçıları və veteranları da xüsusi diqqətdə saxlanılır.

Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə tər çiçəklər düzüblər.