21 sentyabr 2024 16:39
90

Tatarıstanla Azərbaycan arasında gözəl əlaqələr mövcuddur - Minnixanov

Tatarıstanla Azərbaycan arasında gözəl əlaqələr mövcuddur, bu əlaqələr inkişaf etməkdə və genişlənməkdə davam edir.

“İki sahil” xəbər verir ki,  bunu “Report”a Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov deyib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayında çıxışı zamanı o, Azərbaycanın bütün istiqamətlərdə - iqtisadiyyatda, tikintidə, modernləşmədə əldə etdiyi uğurlarına ürəkdən sevindiklərini bildirib.

Tatarıstan rəhbəri Azərbaycanın Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edib.

“Siz tarixi problemi həll etdiniz, torpaqlar Azərbaycana qayıtdı. Azərbaycan xalqının və Prezident İlham Əliyevin qələbəsi ölkənin yüksəliş yolunda olduğunu göstərir və biz əməkdaşlıqdan məmnunuq”, - R.Minnixanov söyləyib.