11 sentyabr 2024 10:57
198

Bakı sakininə qarşı 8 min manatdan çox dələduzluq edilib

Bakı sakininə qarşı 8 min manatdan çox dələduzluq edilib.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu ərazisində bir nəfərin aldadılaraq 8650 manat dəyərində məhsulunun alınması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.