11 sentyabr 2024 08:36
207

Laçın sakini: Laçına döndüyüm üçün çox sevinirəm

Bu gün uzun illər həsrətini çəkdiyim Laçına döndüyüm üçün çox sevinirəm.

Bunu Laçın sakini Məmmədova Sevgiladə deyib.

Onun sözlərinə görə, 30 ildən çoxdur ki, Laçın həsrətini çəkib.

"Biz Laçını bütün ailə üzvlərimizlə məcburi şəkildə tərk etmişik. Artıq uzun illər keçdiyinə görə yaxınlarımı itirmişəm. İndi Laçına tək dönürəm. Bundan sonra Laçında firavan yaşamaq istəyirik", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.

Trend