10 sentyabr 2024 22:03
249

Sirkə turşusu içən kişi xəstəxanada ölüb

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, 1971-ci il təvəllüdlü C.Əliyev evdə sirkə turşusu içərək zəhərlənib.

53 yaşlı kişi xəstəxanaya çatdırılsa da, həkimlərin səyi C.Əliyevin həyatını xilas etmək üçün yetərli olmayıb.

Mərhumun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.