10 sentyabr 2024 11:46
209

Nazir: Bəzi universitetlərin qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil

Bəzi universitetlərin qəbul olunan tələbələrdən qeydiyyat zamanı kağız formada sənəd tələb etməsi doğru deyil.

“İki sahil” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, artıq tam rəqəmsal sistemə keçid edilib: “Əksər hallarda bu proses rəqəmsal aparılıb. Bu bəlkə də, 90 faizdən yuxarıdır. Müxtəlif səbəblərdən keçid dövründə çox az sayda universitetlər tələbələrdən kağız üzərində də sənədlər tələb ediblər. İstənilən halda bu proses portal.edu.az üzərində aparılır, digərlərinə ehtiyac yoxdur. Hesab edirəm ki, növbəti illərdə proses tamamilə rəqəmsallaşacaq”.