07 sentyabr 2024 08:06
253

Şuşalı: 33 ildən sonra ata yurduma qayıdıram

“Çox sevincliyəm ki, doğma torpağımıza gedirik. 33 ildən sonra ata yurduma - Şuşaya geri döndüyüm üçün unudulmaz hisslər yaşayıram”.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında sentyabrın 7-də Şuşa şəhərinə geri dönən keçmiş məcburi köçkün Namiq Tanverdiyev söyləyib.

Altı yaşında Şuşadan məcburi köçkün düşdüyünü deyən N. Tanrıverdiyev indi 40 yaşının olduğunu deyib.

"Şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa diləyirəm. Bu şəraiti bizə yaradan Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq",-deyə o, vurğulayıb.

Keçmiş Məcburi köçkün Şuşaya anası, yoldaşı və iki övladı ilə birgə qayıtdığını bildirib.