22 sentyabr 2024 18:04
73

İranda zəlzələ olub

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.