22 sentyabr 2024 17:18
88

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbi 2024-2025-ci illər üzrə yeni tədris ilinə başlayıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva məktəbi ziyarət edib, şagirdləri yeni tədris ilinə başlamaları münasibətilə təbrik edib. Şagirdlər ilk dərs günü Azərbaycan dövlət himnini oxuyub, dahi Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısında şəkil çəkdiriblər.

Bu il Xurşidbanu Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm dərsləri tədris olunacaq. Məktəbə 15-ə yaxın şagird yazılıb. Onlar arasında soydaşlarımızla yanaşı, ukraynalı, fransız və digər xalqlardan olan ailələrin uşaqları da var.