06 sentyabr 2024 10:22
367

San Marino yığması 20 ildən sonra qələbə qazanıb

San Marino yığması 20 ildən sonra qələbə qazanıb.

"İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, komanda buna UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirdiyi oyunda nail olub.

"Stadio Olimpico di Serravalle"də baş tutan görüş San Marino komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Niko Sensoli fərqlənib.

Qeyd edək ki, San Marino komandası son qələbəsini 20 il əvvəl elə Lixtenşteyn üzərində qazanıb - 1:0.