05 sentyabr 2024 16:04
407

Azərbaycan - İsveç oyunu bu kanalda

Millətlər Liqasının 1-ci turunda bu gün keçiriləcək Azərbaycan - İsveç oyununa Azərbaycan telekanalı vasitəsi ilə açıq yayımla baxmaq mümkün olacaq.

“İki sahil” xəbər verir ki, matç "CBC Sport" vasitəsi ilə birbaşa nümayiş etdiriləcək.

Qeyd edək ki, sözügedən görüş saat 20:00-da başlayacaq.