05 sentyabr 2024 11:29
258

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində doqquzmərtəbəli yaşayış binasında 4 nəfərin liftdə, habelə Nəsimi rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN-nin mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində liftlərdə qalmış 6 nəfər vətəndaş xilas edilib.

Habelə, xilasedicilər tərəfindən həkim briqadasının iştirakı ilə köməyə ehtiyacı olan şəxsin barmağından dəmir halqanın müvafiq qaydada çıxarılması təmin edilib.