04 sentyabr 2024 13:14
437

Türkiyədə çıxış edən azərbaycanlı futbolçunun komandası baş məşqçisi ilə vidalaşıb

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin "Boluspor" klubu baş məşqçisi Serhat Gülpınarla yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub mütəxəssislə görüşdən sonra bu qərarın qəbul olunduğunu açıqlayıb.

Qeyd edək ki, "Boluspor" dörd turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.