04 sentyabr 2024 09:34
333

"Neftçi"nin qadınlardan ibarət komandası Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin I mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələcək.

Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılşacaq.