03 sentyabr 2024 19:26
446

Şenol Günəş 5-ci dəfə “Trabzonspor”un baş məşqçisi təyin olunub

Türkiyənin “Trabzonspor” komandasının yeni baş məşqçisi müəyyənləşib.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifə Şenol Günəşə həvalə olunub.

72 yaşlı mütəxəssis bu postda Abdullah Avcını əvəzləyib.

Qeyd edək ki, Şenol Günəş daha əvvəl 4 dəfə müxtəlif vaxtlarda “Trabzonspor”un baş məşqçisi olub.