03 sentyabr 2024 17:01
440

PSJ-nin futbolçusu ərəb klubuna keçdi

PSJ-nin futbolçusu Danilo Pereyra Səudiyyə Ərəbistanıın "Əl-İttihad" klubuna keçib.

“İki sahil” xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Bu barədə Səudiyyə klubunun rəsmi saytı əlumat yayıb.

Ərəblər Portuqaliya millisinin üzvü üçün Paris klubuna 5 milyon avro ödəyib.

Qeyd edək ki, Pereyra PSJ-də 157 oyun keçirib və 10 qol vurub.