Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Aleksandr Kerjakov komandadan ayrılıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, A.Kerjakov bu ilin mayında "Kayrat"a baş məşqçi təyin olunmuşdu. Almatı təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə məğlub olub. "Kayrat" hazırda 18 oyundan sonra 32 xalla Qazaxıstan çempionatında liderdir.