03 sentyabr 2024 13:16
438

Kerem Aktürkoğlu rəsmən “Benfika”da

“Qalatasaray”ın futbolçusu Kerem Aktürkoğlunun “Benfika”ya transferi rəsmiləşib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib.

“Benfika” futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, K. Aktürkoğlu “Qalatasaray” forması ilə meydana çıxdığı 179 matçda 46 qol, 42 məhsuldar ötürmə ilə yadda qalıb.