02 sentyabr 2024 21:41
238

Avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafa şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, avtomobil qəzası nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəsinin təfərrüatları və zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.