23 sentyabr 2024 19:05
106

Naxçıvanda daxili işlər orqanlarına yeni xidməti avtomobillər verilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

“İki sahil” xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə görülən işlər çərçivəsində "Kia Sportage" markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.